28 C
Baku
Saturday, July 13, 2024

İlin ilk yarısında sənaye zonalarında ₼1.4 mlrd.-lıq məhsul istehsal edilib – Nazir

İndiyədək Azərbaycanın sənaye zonalarında 10.23 mlrd. manat dəyərində məhsul satışı həyata keçirilib.

Banker.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tvitterində bildirir.

Bildirir ki, bunun 3.35 mlrd. manatlıq hissəsi ixrac edilib.

2023-cü ilin birinci yarısında isə 1.4 mlrd. manatlıq məhsul satılıb ki, bunun da 33.6%-i ixracın payına düşüb. Öncəki ildə 1.3 mlrd. manatlıq məhsul istehsal edilmişdi.

İndiyədək sənaye zonaları üzrə ümumi investisiya həcmi 7.18 mlrd. manat olmaqla 131 sahibkarlıq subyektinə rezident statusu verilib və onlardan 68-i istehsal fəaliyyətinə başlayıb.

“Sənaye zonalarına 6.56 mlrd. manatdan çox investisiya artıq yatırılıb və 10 600-dən çox daimi iş yeri yaradılıb.

Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 616 mln. manat investisiyanın yatırılması və 4 800-dən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulur”- deyə, nazir bildirir.

 

Son xəbərlər
Digər xəbərlər