28 C
Baku
Saturday, July 27, 2024

“İlin müqaviləsi”: ABŞ-ın ən böyük özəl tibbi məhsul istehsalçısı 34 mlrd. dollara satıldı

ABŞ-ın ən böyük özəl tibbi məhsul istehsalçısı olan “Medline” şirkəti investisiya fondlarının konsorsiumuna 34 milyard dollara satılıb. Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

Qeyd edək ki, “Medline” pandemiya dövründə antiseptik, maska, salfet və hətta tualet kağızı kimi məhsulların əsas tədarükçülərindən biri olub. Bu, 2021-ci ilin ən bahalı müqaviləsi və son 14 ildə ən böyük özəl kapital alqı-satqısıdır.

Bildirildiyi kimi, investisiya fondlarının konsorsiumuna “Blackstone”, “Carlyle” və “Hellman & Friedman” daxil olub, bu barədə “Financial Times” yazıb.

Digər investisiya fondları da “Medline” şirkətini almaq istəyib, onlar sırasında “Bain Capital”, “Brookfield” və “CVC” yer alıb. Bu cür “böyük müqavilələr” 2008-ci il maliyyə böhranından əvvəl daha populyar olub, lakin indi yenidən aktivləşməyə başlayır.

“Medline” – tibbi məhsullar sənayesində az tanınan, lakin böyük oyunçulardan biridir. Şirkət dünyanın 125-dən çox ölkəsində xəstəxanalar, cərrahiyyə mərkəzləri, təcili yardım şöbələri və digər tibb müəssisələrində istifadə olunan avadanlıq və sərf materiallarını (maskalar, cərrahi geyimlər, xələtlər, antiseptiklər) istehsal edir. Pandemiya başlayandan bəri şirkət dezinfeksiyaedicilər, maskalar, salfetlər və hətta tualet kağızı istehsalını kəskin artırıb. 2020-ci ildə “Medline” 17.5 milyard dollar gəlir əldə edib.

“Medline” 1966-cı ildə qardaşlar Ceyms və Con Mills tərəfindən təsis edilib. Ceyms Millerin oğlu Çarli 1997-ci ildən bəri şirkətin baş direktoru vəzifəsini tutur. Ümumilikdə, Amerikanın ən varlı ailələrdən biri olan Mills müqavilədən sonra şirkətdə 100%-lik payını saxlayır və onun ən böyük səhmdarlarından biri olaraq qalır.

Son xəbərlər
Digər xəbərlər