“Ziraat Bank”ı Azərbaycanda olan planları barədə açıqlama verdi.
Banker.az Sabah qəzetinə istinadən bildirir ki, “Ziraat Bankası” “Azər – Türk Bank” ilə ortaqlığını davam etdirir. Bildiyiniz kimi Azərbaycan Mərkəzi Bankı “Ziraat Bank Azərbaycan”ın yaradılması üçün lisenziya verib. Bankın sədri Hüseyin Aydın bildirib ki, “Ziraat Bank Azərbaycan” bu ilin ortalarından fəaliyyətə başlayacaqdır.