İlin son valyuta hərracı bitdi, dollar Azərbaycanda 2017-ni bu məzənnə ilə bağladı

0

Azərbaycan Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə 2017-ci ilin son valyuta hərracı keçirilib.

Bu barədə məlumat Banker.az-a AMB-dən məlumat daxil olub.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Məlumata görə, 28 dekabr 2017-ci il tarixində keçirilən valyuta hərracında manatın orta çəkili məzənnəsi sabit qalaraq 1,7001 səviyyəsində formalaşıb. Bu da ardıcıl 15 gündür ki, məzənnənin dəyişməz qalması deməkdir.

Ötən gün yerli analitika qrupu dollar/manat cütlüyünün gələn ilin ilk günlərində neftin dünya bazarlarında bahalaşması fonunda 1,65- 1,67 səviyyəsinə qədər düşəcəyini proqnoz etmişdir.

Oxşar yazı: Nazir: Manatın məzənnəsinin daha da möhkəmlənməsinə təzyiqlər mövcuddur

Qeyd edək ki, sonuncu valyuta hərracında USDAZN cütlüyünün məzənnəsi sabit qalaraq 1,7001 səviyyəaində formalaşmışdı.

Xatırladaq ki, USD/AZN məzənnəsindəki ən yüksək rəqəm geridə qalan 2017-ci ilin fevral ayının 1-də 1,9200 səviyyəsi ilə yadda qalmışdır. İlin ən aşağı məzənnəsi isə 1,7000 manat olmaqla dekabr ayının 6-da qeydə alınıb. Məlumat üçün onu da bildirək ki, 10 aydır ki, ölkədə dolların məzənnəsi nə yuxarı nə də aşağı səviyyələrə doğru dəyişməyərək 1,7 səviyyəsində qərarlaşıb.

Dollar, avro və rublun banklarda dəyşilməsini online cədvəllə (linkdə) müşahidə edə bilərsiz.