19 C
Baku
Friday, October 11, 2024

İlin sonu Azərbaycanın pul bazası artıb

1 dekabr tarixində Azərbaycanda pul bazası 11 601,1 mln manat təşkil edib.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2014-cü ildə ölkədə pul bazası ilin əvvəlində 458.5 mln manat artıb. Son bir ay ərzində isə 13.6 mln manat artım qeydə alınıb.
2014-cü ilin son aylarında isə dövriyyədə olan nağd pullar azalaraq 10 955,7 mln manata düşüb.

Həmçinin sərbəst və məcburi bank ehtiyatlarında da dəyişiklər olub. Belə ki, sərbəst bank ehtiyatları artaraq 512,6 mln manat, məcburi ehtiyatlar isə azalaraq 115,1 mln manat təşkil edib.

Qeyd edək ki, Pul bazası dedikdə,pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir.

Son xəbərlər
Digər xəbərlər