Ötən ilin sonunda ölkədə depozitlər üzrə orta faiz dərəcəsində yüksəlmə qeydə alınıb.
Banker.az saytının Mərkəzi Banka istinadən verdiyi məlumata əsasən ilin sonunda depozitlər üzrə orta faiz dərəcəsi manatla 9,51 % , xarici valyuta ilə isə 9,72 % olub.
Həmçinin hüquqi şəxslər üzrə orta faiz dərəcəsi manatla 6,04%, xarici valyuta ilə 3,08%, fiziki şəxslər üzrə isə orta faiz dərəcəsi manatla 9,87 %, xarici valyuta ilə 10,30 % təşkil edib.
Qeyd edək ki, ötən ildə depozitlər üzrə orta faiz dərəcəsinin ən yuxarı faiz dərəcəsi manatla 9,95%-lə 01.03.2013 tarixində, ən aşağı faiz dərəcəsi isə manatla 9,43%-lə 01.11.2013 qeydə alınıb.
Comments are closed.