6 C
Baku
Thursday, November 7, 2024

“İlin sonuna qədər bütün qurumlar “Elektron Məhkəmə” İnformasiya Sisteminə qoşulacaq”

“Biz bir çox qurumlarla sorğu şəkilində məlumatın əldə edilib, verilməsi barədə tədbirlər görmüşük”.

“Report”un xəbərinə görə, bunu Ədliyyə Nazirliyinin “Elektron Məhkəmə” İnformasiya Sistemi İşçi Qrupunun rəhbəri Ramin Qurbanov “Vəkilliyin elektron məhkəmə informasiya sisteminə inteqrasiyası” mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, bu sahədə Ədliyyə Nazirliyi tərəfindən çox ciddi tədbirlər görülür: “Düzdü, bir çox dövlət qurumları öz məlumatını açıqlamaq istəmir. Baxmayaraq ki, onlar məhkəmə hakiminin sorğularına cavab verməlidir. Bu sahədə Ədliyyə Nazirliyi tərəfindən ciddi tədbirlər görülür. Ümid edirəm ki, ilin sonuna qədər bütün qurumlar elektron sistemə qoşulacaq. Bu da hakimin və vəkilin işini asanlaşdıracaq”.

Son xəbərlər
Digər xəbərlər