Bu ilin sonuna qədər daha bir qrup ailənin də Ağalıya köçürülməsini planlaşdırırıq.
Bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.
Vahid Hacıyev bildirib ki, statistikaya görə, 1 508 nəfər Ağalı sakini Azərbaycanın müxtəlif regionlarında yaşayır: “Onlardan, ən azı, 1 350 nəfəri qayıtmaq niyyətlərini bildiriblər. Ağalı kəndində birinci mərhələdə 200 evin inşası planlaşdırılıb. Bunlar yekunlaşandan sonra yeni evlər tikildikcə biz yenə də həmin insanların Ağalıya qayıdışını təmin edirik. Məsələn, 200 ev inşa olunub və əlavə 10 ev də tikilirsə, biz həmin 10 evə də sakinləri köçürürük. Bu proses mərhələli şəkildə həyata keçirilir və növbəti aylarda da bu proses davam edəcək”.