28 C
Baku
Saturday, July 27, 2024

İlin sonunadək “AzerGold” qızıl və gümüş satışından 145 milyon manata yaxın gəlir götürməyi planlaşdırır

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) əməkdaşlıq etdiyi dünyanın ən iri affinaj şirkətlərindən biri olan İsveçrənin nüfuzlu “Argor-Heraeus” şirkətinin nümayəndəsi Feydon Stamatopulos Cəmiyyəti ziyarət etmək məqsədilə Azərbaycanda səfərdədir.

QSC-dən bildiriblər ki, Feydon Stamatopulos cəmiyyətin Daşkəsəndə yerləşən Çovdar filiz emalı sahəsinə baş çəkib, mədənin iş quruluşu, fəaliyyət prinsipləri ilə yerində tanış olub. Şirkət nümayəndəsi Çovdarda qurulmuş işin beynəlxalq standartlara cavab verdiyini bildirərək “AzerGold”un fəaliyyətini yüksək qiymətləndirib.

Sonra “AzerGold” QSC-nin Bakıda yerləşən baş ofisində cəmiyyətin idarə heyətinin sədri Zakir İbrahimovla “Argor-Heraeus” nümayəndəsi arasında keçirilən görüşdə əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi, yeni layihələrlə əlaqədar fikir mübadiləsi aparılıb.

“AzerGold” QSC Çovdar filiz emalı sahəsində istehsal olunmuş 67 ədəd qızıl-gümüş tərkibli xəlitəni iyun ayında İsveçrə şirkətinə göndərərək saflaşdıracaq və daha sonra əldə olunacaq qızıl və gümüş beynəlxalq birjada satışa çıxarılacaq. Cəmiyyət ötən ay “Argor-Heraeus” vasitəsilə 66 ədəd qızıl-gümüş tərkibli xəlitəni affinaj olunaraq satılmasına nail olub və Azərbaycan iqtisadiyyatına 35 milyon manata yaxın vəsait qazandırmışdı. Ümumilikdə, ilin sonunadək “AzerGold” QSC qızıl və gümüş satışından 145 milyon manata yaxın gəlir əldə etməyi planlaşdırır.

Son xəbərlər
Digər xəbərlər