12 C
Baku
Saturday, November 23, 2024

“İlin sonunadək işğaldan azad olunmuş ərazilərə daha 5 171 ailənin köçürülməsi planlaşdırılır”

Bu ilin sonunadək işğaldan azad olunmuş 25 yaşayış məntəqəsi üzrə ümumilikdə 5 171 ailənin köçürülməsi planlaşdırılır. Bu da 20 min nəfərdən çox əhali deməkdir.

Bunu Baş nazir Əli Əsədov Milli Məclisin martın 15-də keçirilən iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatının təqdimatı zamanı deyib.

O qeyd edib ki, işğaldan azad olunmuş ərazilərə 2023-cü ilin sonunadək ümumilikdə 1 186 ailə (4 691 nəfər) köçürülüb.

Baş nazir bildirib ki, işğaldan azad edilmiş ərazilərdə geniş quruculuq işləri aparılıb və ölkə iqtisadiyyatına reinteqrasiyası istiqamətində tədbirlər sürətlə davam etdirilib.

“Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası üçün 2022-2026-cı illərdə ümumilikdə təqribən 32 milyard manatdan çox vəsait tələb olunur. 2021-2023-cü illərin dövlət büdcəsindən bu məqsədlər üçün 12.1 milyard manat vəsait ayrılıb. 2024-cü ildə 4 milyard manat vəsait ayrılması nəzərdə tutulur”, – deyə Əli Əsədov diqqətə çatdırıb.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər