Cari ilin sonunda dünya bazarında neftin 1 barelinin qiyməti 100 ABŞ dollarına çatacaq.
Bu barədə “Goldman Sachs” bankının analitikləri məlumat veriblər. Aparılan tədqiqatın nəticələrini açıqlayan analitiklər bildiriblər ki, alternativ enerjidən istifadəyə üstünlük verilsə də, Avropada bu sahənin inkişafına kifayət qədər sərmayə yatırılmır. Neft və qaz hələ uzun illər enerji bazarında aparıcı mövqedə olacaq.
Bankın analitikləri hesab edirlər ki, neftlə yanaşı, neft məhsullarının da qiymətində artım müşahidə olunacaq.