Gürcüstandan Azərbaycan sərhədinə gedən avtomobil yolunun tikintisi ilə bağlı hazırlıq işləri aparılır. Tikinti işlərinə bu ilin sonunda başlanılacaq.
Bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze parlamentdə hökumətin 2024-cü ildəki fəaliyyəti ilə bağlı hesabat çıxışı zamanı söyləyib.
Onun sözlərinə görə, yolların inkişafı infrastruktur layihələrinin mühüm istiqamətlərindən biridir və onların sırasında yüksək sürətli avtomobil yolunun tikintisi xüsusi prioritetdir.