1 C
Baku
Saturday, December 14, 2024

İlin uğurlu keçməsi üçün lazım olan hər şey -Robin Şarmdan məsləhətlər

1. Yadda saxlayın ki, sizin həyatınızın keyfiyyəti sizin düşüncələrin keyfiyyəti ilə müəyyən olunur.

2.   Digərlərinə verdiyiniz vədləri yerinə yetirin və özünüz sözünüzün üstündə durun.

3.   Sizi ən çox qorxudan işi həmişə ilk növbədə, birinci yerinə yetirmək lazımdır.

4. Yaxşılığa doğru gündəlik balaca dəyişikliklər heyrətləndirici, unudulmaz və uzunmüddətli nailiyyətlərə aparan açardır.

5.    Sadəcə məşğul görünmək xətrinə məşğul olmaqdan əl çəkin. Bu il fikrinizi işdən və həyatınızdan yayındıran, hər şeyi yığışdırın və diqqətinizi yalnız bir neçə ən vacib amil üzərində cəmləyin.

6.    “Müharibə məharəti” kitabını oxuyun.

7.     “Döyüşçü”(2010) filmini izləyin

8.  Texnologiyaların gündəlik həyatımızın ayrılmaz bir hissəsinə çevrildiyi indiki dünyada bəzi insanlar insani xüsusiyyətləri unudublar, ona görə də siz də ən nəzakətli insan olun.

9.    Yadda saxlayan bütün dahi ideyalar ilk öncə gülüş hədəfinə çevrilib.

10.    Yadda saxlayın ki, tənqidçilər xəyalpərəstləri həmişə qorxudurlar.

11.    Hər şeyi, hətta ən adi detallarda belə düzgünlüyü qorumaq baxımından Apple qədər həssas olun.

12.    Hər bazar günün 60 dəqiqə vaxt ayırıb, qarşıdakı 6 gün üçün plan qurun. Sol Bellou bir dəfə demişdir ki, “plan sizi seçim əzabından xilas edir”.

13.    Sizi saxlayan qüvvəni buraxın və bu yaşadığınız ili sevin.

14.    Dağıdın, ya da siz dağılacaqsınız.

15.    Daima formada olmaq üçün məşq edin, şəxsi məşqçinin xidmətlərindən yararlanın.

16.    Öz dostlarınıza, müştərilər ə və həmkarlarınıza mövcud olan böyük bəxşişi – öz diqqətinizi hədiyyə edin: sizin diqqətini ( yanlarında olmaq hissi)

17.    Hər səhər özünüzə belə bir sual verin: Mən insanlara necə daha yaxşı xidmət edə bilərəm?

18.    Hər gecə özünüzdən soruşun: bu gün ərzində mənimlə hansı 5 yaşı hadisə baş verib?

19.    Ən qiymətli səhər saatlarını ən adi işləri görməyə sərf etməyin

20.    Çalışın ki, hər hansı bir proyekti tərk edəndə (və ya bitirəndə), onu başladığınızdan daha yaxşı vəziyyətdə qoyub gedəsiniz.

21.     Fərqli olmağa cəsarət edin. Sizin tərəfinizdən seçilmiş sahədə əvvəllər heç kəs tərəfindən yaradılmayan, əhəmiyyətli nə isə yaratmağa cəhd edəcək qədər cəsarətli olun.

22.    Hər bir iş sadəcə iş deyil. Hər bir alət sizin bacarıq və istedadınızı üzə çıxarmaq mükəmməl imkanlara malik bir vasitə və alətdir.

23.    Gizlənməyə və qaçmağa çalışdığınız qorxular sizin imkanlarınızı məhdudlaşdırır.

24.    Səhər saat 5-də yuxudan durun və 60 dəqiqə ərzində öz zəkanızı, vücudunuzu və ruhunuzu qidalandırırn. Bu ən məhsuldar vaxtdır. Super qəhrəman olun

25.    Öz ailənizə romantik məktublar yazın.

26.    Tanımadığınız insanlara da gülümsəyin.

27.    Daha çox sus için.

28.    Gündəlik tutun. Sizin həyatınız onun haqqında yazmağa dəyər.

29.    Haqqı ödənildiyindən daha çox iş görün və bunu elə edin ki, bütün ətrafdakıların heyrətdən az qala nəfəsi kəsilsin.

30.    Hər səhər öz eqonuzu evdə buraxıb gedin

31.    Hər gün özünüzə 5 hədəf təyin edin, bu xırda qələbələrlə sizin ilin sonunda 2000 qazanılmış qələbə sevinciniz olacaq

32.    Sağ ol və zəhmət olmasa sözlərindən geniş istifadə edin

33.    Xoşbəxtliyin sirrini yadda saxlayın: sevdiyiniz işi görün və öz işinizdə özünüzü vacib hesab edin.

34.     Qəbiristanlıqdakı ən varlı insan olmağa çalışmayın. Sağlamlıq elə var-dövlətdir.

35.    Həyat qısadır. Ən böyük risk risksizlik və həmçinin və ortabab olmağa qane olmaqdır.

Son xəbərlər
Digər xəbərlər