8 C
Baku
Bazar, Yanvar 23, 2022

İlk 4 ayda Naxçıvanın mobil rabitə gəlirləri 14 milyon manat oldu

Naxçıvan Muxtar Respublikasında informasiya və rabitə müəssisələri tərəfindən 19 milyon 394 min manatlıq xidmət göstərilib.

Banker.az Naxçıvan Statistika İdarəsindən əldə etdiyi məlumata əsasən xəbər verir ki, ötən illə müqayisədə göstərilmiş informasiya və rabitə xidmətlərinin dəyəri 4 ayda 9.9 faiz artıb.

Ötən il isə informasiya və rabitə müəssisələri tərəfindən 17 milyon 653 min manatlıq xidmət göstərilib.

Bu dövr ərzində mobil rabitə xidmətini gəlirləri isə 14 milyon 297 min manat təşkil edib ki, bu da illik müqayisədə 1.6% çoxdur.

Son xəbərlər
Oxşar xəbərlər