2022-ci ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında informasiya və rabitə xidmətlərinin dəyəri 24 mln. 765 min 400 manat olub ki, bu da 2021-ci ilin müvafiq dövründəki xidmətlərin dəyəri ilə müqayisədə 3.5% çoxdur.
Banker.az bu barədə Naxçıvan MR Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Komitədən verilən məlumata əsasən, bu dövr ərzində mobil rabitə xidmətinin dəyəri bir il öncəyə nisbətdə 1.6% artaraq 17 mln. 954 min 400 manat təşkil edib.