16 C
Baku
Saturday, April 20, 2024

İlk 5 ayda Naxçıvanda 18 mln. manatlıq mobil rabitə xidməti göstərilib

2022-ci ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında informasiya və rabitə xidmətlərinin dəyəri 24 mln. 765 min 400 manat olub ki, bu da 2021-ci ilin müvafiq dövründəki xidmətlərin dəyəri ilə müqayisədə 3.5% çoxdur.

Banker.az bu barədə Naxçıvan MR Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Komitədən verilən məlumata əsasən, bu dövr ərzində mobil rabitə xidmətinin dəyəri bir il öncəyə nisbətdə 1.6% artaraq 17 mln. 954 min 400 manat təşkil edib.

Son xəbərlər
Digər xəbərlər