Bu ilin yanvar-iyun ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 25,8 milyon manatdan çox olub.
Bu barədə Banker.az-a Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib.
Dövlət Xidmətindən bildirilir ki, cari ilin ilk 6 ayı ərzində ümumilikdə 2 112 yeni icarə müqaviləsi bağlanılıb. Bundan 465-i qeyri-yaşayış sahələri üzrə, 1 647-si isə torpaq sahələrinə dair olub. 2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 2,9 dəfə çoxdur.
Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən cari ilin ilk 6 ayı ərzində dövlət büdcəsinə ümumilikdə 12,3 milyon manata yaxın vəsaitin ödənilməsi təmin olunub.
Beləliklə, bu ilin yanvar-iyun ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən ümumilikdə 38,1 milyon manat vəsait büdcəyə daxil olub.