21 C
Baku
Friday, April 26, 2024

İlk 7 ayda “Azərkosmos”un ixrac gəlirləri $15 mln.-dan çox olub

2022-ci ilin yanvar-iyul aylarında “Azərkosmos” tərəfindən dünyanın 35 ölkəsinə $15.1 mln. dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

Banker.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi “İxrac icmalı”nın avqust sayına istinadən xəbər verir.

İcmala əsasən, “Azərkosmos”-un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 83%-ini təşkil edib. 2022-ci ilin iyul ayında isə “Azərkosmos” dünyanın 30 ölkəsinə $2.1 mln. dəyərində xidmət ixrac edib.

2022-ci ilin yanvar-iyul ayları ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə $3.9 mln. ilə Birləşmiş Krallıq, $3.2 mln. ilə Fransa, $2.6 mln. ilə Lüksemburq, $1.4 mln. ilə BƏƏ və $0.8 mln. ilə Pakistan qərarlaşıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər