19 C
Baku
Friday, September 12, 2025

İlk 8 ayda xam neft hasilatı azalarkən, təbii qaz artıb

2025-ci ilin yanvar-avqust aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən xam neft hasilatı azalarkən, təbii qaz hasilatında artım olub.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, xam neftin istehsalı 18 milyon 391,3 min ton təşkil edərək 4.7% azalıb. Ondan əmtəəlik hissəsi 18 milyon 349,5 min ton olub.

Təbii qaz hasilatı isə 33 584,2 milyon kub metr səviyyəsində olub və əvvəlki ilin göstəricilərinə nisbətən 1,7% artım göstərib. Onun əmtəəlik hissəsi 25 831,4 milyon kub metr təşkil edib, bu da illik müqayisədə 2,8% artımdır.

Qeyd edək ki, cari ilin ilk yeddi ayında Azərbaycan xaricə 14 milyon 470.57 min ton həcmində xam nefti xaricə 7 mlrd. 660.23 mln. dollara, 14 milyard 409.7 milyon kub-metr təbii qazı isə 5 mlrd. 269.11 dollara ixrac etmişdi.

Son xəbərlər
Digər xəbərlər