Mərkəzi Afrika Respublikası Afrikada bitkoini ödəniş valyutası kimi qəbul edən ilk ölkə olub, Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir. Milli Assambleya yekdilliklə ölkənin iqtisadi bərpası və sülhyaratma planının həyata keçirilməsinə kömək etmək üçün nəzərdə tutulmuş qanun layihəsini qəbul edib.
Qəbul edilmiş qanun layihəsi kriptovalyutanın tənzimlənməsinin hüquqi əsaslarını müəyyən edir, həmçinin bitkoini respublikada rəsmi valyuta kimi tanıyır. Bildirilir ki, bu təşəbbüs Mərkəzi Afrika Respublikasının infrastrukturunu tamamilə dəyişəcək.