20 C
Baku
Bazar, Oktyabr 24, 2021

İlk “ağıllı” pul kisəsi təqdim olunub

“OraSaifu” adlı qurğu pul kisəsi və ödəniş metodlarına yeni baxış təqdim edir. Rəngli displeyə malik kiçikölçülü smartfona oxşayan bu cihaza debet və kredit kartlarının məlumatlarını yükləmək olar. Alış-verişdən öncə sadəcə müvafiq kartı seçərək NFC təmassız texnologiyası üzrə ödəniş etmək lazımdır.

Banker.az “mail.ru” resursuna istinadla xəbər verir ki, “OraSaifu” pul kisələri bir-biri ilə işləyə bilir. Kiməsə pul göndərmək üçün kartı seçmək, məbləği qeyd etmək və bir pul kisəsini digərinə yaxınlaşdırmaq kifayətdir.

Sözügedən cihaz 4 düym diaqonallı “HD” ekrana malikdir, çəkisi 65 qramdır. Daxili akkumulyator 1 həftəlik iş üçün kifayət edir, qurğu 1saat müddətində enerji toplayır.

Bundan başqa “ağıllı” pul kisəsi kriptovalyutanın saxlanılması üçün istifadə edilə bilər, bütün populyar layihələri dəstəkləyir.

İlkin sifariş üzrə pul kisəsinin qiyməti 119 dollar təşkil edir. İlk tədarük 2018-ci ilin oktyabrına planlaşdırılıb.

Son xəbərlər
Oxşar xəbərlər