25 C
Baku
Saturday, July 27, 2024

İlk Alman universiteti

İlk alman universiteti ruhani və hökumət qüvvələrinin tam razılığı ilə yaranmışdı. Lakin burada İtaliya və Fransaya səfərlər etmiş IV Karlın da adını çəkmək vacibdir. IV Karl onun tərəfindən açılmış universitetdən öz zəifləmiş qüvvələrini möhkəmləndirmək üçün istifadə etdi. Karlın ardınca digər imperiya knyazlarıda universitetin əsasının qoyulması ilə yaranan “imkan”lardan istifadə etdilər.

Burada hamıya aydın olan bir cəhəti qeyd etmək lazımdır – bundan sonra gələcəyin hüquqşünas yaxud ruhanilərinin xaricə, bahalı təhsil ardınca getmələrinə icazə vermək olmazdı. Onlar öz dövlətlərində də təhsil ala bilərdilər və pulları da vətənlərində qalardı.

İlk alman universitetlərinin yaranması zamanı siyasi səbəblər həmişə çox ağır olmuşdu və burada əsas hədəf “ali təhsilə həvəsləndirmək” idi. 1378-1417-ci illərdə kilsə təfriqəsi universitetlərin əsasının qoyulmasına güclü təkan verdi. Bu dövrdə əvvəllər iki, daha sonra isə üç papa var idi. Fransada Avinyon, İmperiyada isə Roma dəstəklənirdi və bu da təfriqənin Almaniya ilə Paris Universiteti ilə olan əlaqələrinin kəsilməsinə səbəb olması demək idi.

Buna görə də Parisdə ruhani yaxud hüquqşünas təhsili alanlar burada kilsə vəzifələrindən uzaqlaşdırıldılar.

Eyni zamanda Romada yerləşən papa öz tərəfdaşlarını itirməmək üçün imperiya qüvvələrinin istəklərinə tabe olmalı idi. 1384-cü ildə papa VI Urban Vyanada İlahiyyat fakültəsinin açılmasına razılıq verdi. Orada universitet hələ 1365-ci ildə IV Karlın qardaşı oğlu hersoq IV Hamburqlu Rudolf tərəfindən müəyyən olunmuşdu. Lakin V Urban buna razılıq verməmişdi.

Son xəbərlər
Digər xəbərlər