Amerika-Azərbaycan ticarət palatası (USACC) özünün ilk Amerika-Azərbaycan bank və maliyyə forumunun keçirilmə tarixini 5 may olaraq elan etdi.
USACC-ın verdiyi məlumata görə, forum “Azərbaycan Beynəlxalq Bankı” və PASHA Bank-ın dəstəyi ilə New-Yorkda Harvard klubunda baş tutacaq.
Bununla yanaşı, palata ABŞ-ın maliyyə icmasına milli iqtisadiyyatın şaxələndirilməsi məsələsində onların dəstəyinə tələbin olmasını çatdırmaq niyyətindədir.
Forum üçün verilmiş anonsda deyilir: “Biz yeni texnologiyaların inkişafı, yeni investisiyalar və yeni bazarlar üçün ABŞ-dan olan yeni partnyorlar axtarışındayıq”.