5 C
Baku
Saturday, December 14, 2024

İlk ayla müqayisədə fevralda xam neftdən vəsait 2,5 dəfə azalıb

2020-ci ilin yanvar-fevral ayı ərzində Azərbaycandan xaricə ixrac olunan xam neftin dəyəri 2 mln. 727,33 mln. ABŞ dolları təşkil edib. İxrac olunan neftin dəyəri cari ilin ilk ayında 1 mlrd. 960,56 mln. dollar təşkil etməsini nəzərə alsaq, fevral ayı üzrə 766,77 mln. dollarlıq (1-dən 29-na) cəmi ixrac olunması qənaətinə gəlmək olar. Bu barədə Dövlət Gömrük Komitəsinin statistik rəqəmlərində qeyd edilir ki, 2019-cu ilin fevralı (1-dən 28-nə) üzrə Azərbaycanın ixrac etdiyi xam neft 1 mlrd. 585,84 milyon dollar dəyərində idi.

2020-ci ilin yanvar ayı ərzində neftin dəyəri 1 barelinin (Brent) 58-69 dollar diapazonunda dəyişirdi. Koronavirus dünyaya yayılma ehtimalının böyüməsi ardından neft fevrala  58 dollar/barel ilə başladığı halda, 29-cu günün 50 dollar ilə bağlamalı oldu – Baxmayaraq ki, ikinci dekadada dollar hətta yenidən özündə “güc taparaq” 60 dollara qədər qayıtmışdı.

Lakin, ixrac rəqəmlərində xam neftin ixrac dəyərinin 2 dəfədən çox azalmasının səbəbini neftin dünya birjalarındakı dinamika ilə əlaqəli deyil.

Azərbaycan ilin yanvar-fevral ayları ərzində 5 mln. 679,38 min tonluq xam neft satılıb. 2020-ci ilin yanvarında 3 mln. 986 min tonluq, ikinci ayında isə 1 mln. 693 min tonluq xam neft xarici ölkələrə neft satıb. Göründüyü kimi, ixracda satılan xam neftin miqdarının da 2 dəfə azaldıb.

Son xəbərlər
Digər xəbərlər