9 C
Baku
Wednesday, November 13, 2024

İlk bitkoin maynerlərindən biri sikkələrini 10 ildən çox saxlayıb və potensial olaraq $37.5 mln. qazanıb

Kriptovalyuta birjasında bir şəxs onillik “qış yuxusu”ndan sonra 1 432.93 BTC (təxminən 37.8 milyon dollar) dəyərində əməliyyat həyata keçirib. Bildirilir ki, ilkin olaraq bitkoinlər cüzdana 9 aprel 2013-cü ildə köçürülüb. O dövrdə kriptovalyutanın dəyəri bir sikkə üçün cəmi 195.40 dollar olub. Belə çıxır ki, həmin şəxs 10 ildən sonra təqribən 13500% mənfəət əldə edib.

Banker.az bu barədə VC.ru-ya istinadən xəbər verir.

Bu, son vaxtlar qeydə alınan ilk belə “oyanış” deyil. “Glassnode” analitika platformasının məlumatına görə, bu ilin əvvəlindən 3200 sikkə birjadan çıxarılıb, onlardan 1100-ü 2013-cü ilə aiddir. Məsələn, 2023-cü ilin fevral ayında on ildən çox sürən fəaliyyətsizlikdən sonra bir cüzdandan 9.6 milyon dollar dəyərində 412 bitkoin köçürülüb.

Bu tendensiya təkcə bitkoinə deyil, efirə (Ethereum) münasibətdə də müşahidə olunur. May ayının əvvəlində iştirakçılarından biri iki ildən çox sürən fəaliyyətsizlik dövründən sonra 7.4 milyon dollara bərabər  4.032 ETH dəyərində əməliyyat həyata keçirib.

“Qış yuxusu”ndan çıxan bitkoin cüzdanlarının artması hallarına baxmayaraq, mütəxəssislər təxminən 4.25 milyon sikkənin çoxunun əbədi olaraq itirildiyinə inanırlar.

Onun ardınca, eyni ayın sonunda, 2015-ci ildə 8000 ETH alan başqa bir iştirakçı “oyanıb”. O vaxt bir efirin qiyməti 0.311 dollar olub və beləliklə, 8000 ETH sahibinə 14 milyon dollardan çox gəlir gətirib.

Bu cür canlanmanın səbəbini adlandırmaq çətindir. Bunlar köhnə pul kisələrinə yenidən giriş əldə etmiş adi bitkoin sahibləri, aktivlərini birjadankənar ticarət vasitəsilə satmaq qərarına gələn iri treyderlər və köhnə ehtiyatlarını yeni ünvanlara köçürmək istəyən istifadəçilər ola bilər.

Son xəbərlər
Digər xəbərlər