21 C
Baku
Friday, July 1, 2022

İlk cəhddə ACCA F3 imtahanından uğurla keçin

7 yanvar 2017-ci il tarixində INNAB Peşəkar İnkişaf Platforması ACCA F3 kursuna start verir.

F3 (Financial Accounting) ACCA kvalifikasiyasının “Fundamentals Knowledge” modulunun üç əsas imtahanından biridir. Tədris müddətində maliyyə hesabatlarının əsas prinsipləri və konsepsiyaları izah olunacaq, maliyyə hesabatlarının hazırlanması  qaydaları öyrədiləcək. Bu kurs vasitəsilə mühasibatlıq üzrə dərin biliklərə sahib olacaq,  şəxsi biznesiniz və şirkətlər üçün maliyyə hesabatları hazırlanmasını öyrənəcəksiniz. Tədrisin sonunda ödənişsiz konsultasiya keçiriləcək. Təlim iştirakçıları ACCA-in rəsmi imtahanlarından uğurla keçərək yüksək dərəcəli beynəlxalq sertifikat əldə edə bilərlər.

Kursun müddəti: Dərslər 3 ay (50 saat) çərçivəsində həftədə 1 dəfə (həftə sonu) keçiriləcəkdir. Hər dərsin müddəti 4 saat olmaqla, iki saatın sonunda 30 dəqiqəlik kofe fasiləsi nəzərdə tutulub.

Kursun qiyməti: 390 AZN. Bolkartla hissə-hissə ödəmək də mümkündür.

Kursun dili: İngiliscə

Təlimçi: Toğrul Babayev hal-hazırda nüfuzlu yerli holdinqlərin birində baş maliyyə analitiki olaraq çalışır. Big4-da  audit üzrə 1.5 il, ümumilikdə isə maliyyə və mühasibatlıq sahəsi üzrə 3 ildən artıq təcrübəyə sahibdir. ACCA F1, F2, F3, F4, F5, F6, F7, F8, F9, P1, P3 sertifikatlarına malikdir. Qafqaz Universitetində Dünya iqtisadiyyatı ixtisası üzrə bakalavr, Glasgow Universitetində isə Beynəlxalq mühasibatlıq və maliyyə menecmenti ixtisası üzrə magistr dərəcəsi almışdır.

Qeydiyyat üçün əlaqə vasitələrimiz:

Tel: 050 290 61 21; 012 594 01 94

E-poçt: [email protected]

Ünvan: Cəfər Cabbarlı 44, Caspian Plaza, 1-ci korpus 12-ci mərtəbə

Online qeydiyyat: http://innab.org/qeydiyyat/

Son xəbərlər
Oxşar xəbərlər