4 C
Baku
Friday, March 29, 2024

İlk dəfə dron vasitəsilə dərmanlar müştəriyə çatdırılıb

“UPS Flight Forward” çatdırılma xidmətinin törəmə pilotsuz təyyarənin köməyi ilə resept üzrə dərmanları birbaşa müştərinin evinə çatdırıb. Çatdırma “CVS” apteki ilə əməkdaşlıq çərçivəsində, həmçinin pilotsuz uçan aparatlar üzrə ixtisaslaşmış “Matternet” logistik şirkəti ilə birgə həyata keçirilib.

Uçuş avtonom şəkildə, amma operatorun müşahidəsi altında həyata keçirilib. Şirkət ümid edir ki, gələcəkdə belə pilotsuz uçan aparatlar məhdud fiziki imkanlı müştərilərin dərman vasitələri əldə etməsini asanlaşdıracaq.

Pilotsuz təyyarələrin köməyi ilə çatdırılma prosesinin zəif inkişafı əsasən şirkətlərə operatorun birbaşa görünüşündən kənarda və ya Federal Aviasiya İdarəsinin lazımi icazəsi olmadan gecə vaxtı uçmağa imkan verməyən tənzimləmə məsələləri ilə bağlıdır.

© İctnews

 

Son xəbərlər
Digər xəbərlər