Azərbaycanın quşçuluq sektorunda ilk baş verib. Belə ki, ilk dəfə olaraq ölkəmizdən xaricə damazlıq yumurta ixracı reallaşıb.
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasından Banker.az-a daxil olan məlumata əsasən, “Giləzi Quşçuluq” ASC tərəfindən Küveytə həyata keçirilən ixrac Azərbaycan quşçuları üçün çox mühüm hadisədir.
Son 3 ildə Azərbaycandan xaricə süfrə yumurtasının ixracı həyata keçirilir. İndi isə damazlıq yumurtanın ixracına başlanılır.
Bu hadisə Azərbaycanda qeyri-neft sektorunun inkişafı, qeyri-neft ixracının genişləndirilməsi baxımından da mühüm əhəmiyyətə malikdir.