8 C
Baku
Wednesday, December 4, 2024

İlk dəfə: Səhmdarlar ümumi yığıncaqlarda səsvermədə məsafədən iştirak edə biləcəklər

Milli Depozit Mərkəzi  tərəfindən (MDM) ölkədə ilk dəfə olaraq səhmdarların ümumi yığıncaqlarının məsafədən keçirilməsi və elektron səsvermə sistemi (E-vote) istifadəyə verilib.

Banker.az-a MDM-dən bildirilir ki, səhmdarların ümumi yığıncaqlarının təşkili çərçivəsində yığıncağın keçirilmə günü, yeri və gündəlikdəki materiallarla tanışlıq qaydası barədə məlumatlar MDM tərəfindən yaradılan İnvestor Portalında elektron formada yerləşdirilib.

Səhmdarlar (https://invp.e-mdm.gov.az/) şəxsi kabinetlərinə daxil olaraq ümumi yığıncağın gündəliyi və gündəlikdəki məsələlərlə tanış olub elektron səsvermə imkanından istifadə edə bilərlər.

MDM tərəfindən yaradılan bu yeni xidmət yığıncaqların məsafədən təşkilinə, bildirişlərin və gündəlikdəki məsələlərlə bağlı məlumatların operativ və vaxtında səhmdarlara çatdırılmasına imkan verir. İstənilən səbəbdən (məsafə, vaxt və fors-major hallar) iclasda fiziki iştirak edə bilməyən səhmdarlar bu platforma vasitəsilə hüquqlarını qoruyaraq elektron səsvermədə iştirak edə bilərlər. Yeni xidmət kağız daşıyıcılarından istifadənin minimuma endirilməsi, səhmdar hüquqlarının qorunması və müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Bildirilir ki, ilk dəfə olaraq bu xidmətdən ABB istifadə edib. ABB səhmdarları 13 dekabr 2024-cü il tarixinədək şəxsi kabinetlərindəki “Səhmdarların Ümumi Yığıncağı” bölməsinə daxil olaraq gündəlikdəki məsələlərlə tanış olub, səsverməni elektron qaydada səsvermədə iştirak edə bilərlər.

 

Son xəbərlər
Digər xəbərlər