9 C
Baku
Thursday, December 12, 2024

İlk dəfə sürətli sərnişin qatarlarına Ucar və Ağdaşda dayanacaq verilir

İlk dəfə sürətli sərnişin qatarlarına Ucar və Ləki stansiyalarında dayanacaq verilir.

Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Sənubər Nəzərova deyib.

Onun sözlərinə görə, ötən ilin sonunda Azərbaycana çatdırılmış 4 “FLİRT” qatarı artıq tam istismara hazırdır: “Bu gün Ucar və Ləki stansiyası istiqamətində rəmzi səfər təşkil edilir”.

“İstər Ucar, istərsə də Ağdaş rayonları ətrafında 100 minə yaxın sakinə sürətli sərnişin qatarlarından istifadə etmək əlçatan olacaq”, – o vurğulayıb.

O, qatarın müasir olmasına da diqqət çəkib: “Qatarda bar vaqon var, o cümlədən fiziki məhdudiyyətli insanlar üçün xüsusi oturacaqlar var. Burda velosipedlərin saxlanması üçün yer təşkil edilib. Qatarın innovativ təhlükəsizlik sistemi var, bu da sərnişinlər rahat və təhlükəsiz çatmasına imkan verir”.

Son xəbərlər
Digər xəbərlər