14 C
Baku
Saturday, November 16, 2024

İlk elektrik “QAZel”i təqdim olundu

Rusiyanın Qorki maşın zavodu 100 kvt (136 at gücündə) elektrik mühərriki ilə təchiz edilmiş “QAZelle e-NN” avtomobilini buraxıb.

Autonews.ru xəbər verir ki, şirkət avtomobilin üç yeni modelini “Rusiyanın Rəqəmsal sənaye müəssisəsi” konfransında təqdim edib.

Qorki Avtomobil Zavodunda mikroavtobus, marşrut mikroavtobusu və furqonlu mikroavtobus yığılıb.

Avtomobilin kütləsi 2.5, yük daşıma qabiliyyəti ilə 4.6 tondur.

Müştərinin istəyi ilə avtomobil əlavə batareya dəsti ilə təchiz oluna bilər ki, bu da enerji ehtiyatını təxminən iki dəfə – 200 kilometrə qədər artıra bilir. Şarj cihazı 30 dəqiqə ərzində 80% enerji yığır.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər