“Ferrari”nin istehsal etdiyi ilk elektrik avtomobilin qiyməti 500 min avrodan az olmayacaq, bu barədə “Reuters” yazır. Məlumdur ki, “Ferrari” bu həftənin sonunda İtaliyanın şimalındakı Maranello şəhərində ilk elektrik avtomobil modelinin istehsalı üzrə zavodu işə salmağa hazırlaşır.
“Ferrari” özü ilk elektrik avtomobilinin qiymətini açıqlamadan gələn ilin sonunda istehsala başlayacağını bildirib. Təxmin edirlir ki, qiymət səsləndirilən rəqəmdən 15-20% yüksək olacaq.
Ötən il “Ferrari” 14 mindən az avtomobil istehsal edib. “Reuters” mənbələrinin məlumatına görə, şirkət elektrik avtomobilləri də daxil olmaqla istehsalı ildə 20 minə çatdırmağı planlaşdırır. Maranellodakı yeni zavodda həm elektrik, həm də benzin və hibrid modellər yığılacaq. “Ferrari”nin ikinci elektrik avtomobili artıq inkişaf mərhələsindədir.