19 C
Baku
Thursday, April 25, 2024

İlk gecə reyslərində 108 sərnişin daşınıb

Oktyabrın 1-də rayonlar istiqamətində ilk gecə reyslərində 108 sərnişin daşınıb.

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin Mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova  bildirib ki, ötən gün saat 22:00-da Gəncə, 23:00-da “Qırmızı Körpü”, 00:00-da Gəncə istiqamətinə ilk gecə reysləri yola salınıb.

“İlk gün olmasına baxmayaraq, sərnişin tələbatı var idi. İlk reyslə Gəncə istiqamətinə 31, “Qırmızı Körpü” istiqamətinə 36, 00:00-da olan Gəncə reysində isə 41 sərnişin yola salınıb”.

©Azvision.az

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər