Çinin Şanxay şəhərində ilk gecə zooparkı işə başlayacaq. Administrasiyanın fikrincə, gecə zooparkı ziyarətçilərə yeni təəssüratlar yaşadacaq.
Banker.az xəbər verir ki, ay işığını təqlid edən işıqla işıqlandırılan zooparkda heyvanlar rahat qidalanır və oynayırlar. Pələnglər yuxarıdan asılmış ətləri tutmaq üçün tullanır və sonra su gölməçəsinə düşürlər və bu, tamaşaçıların təkrar-təkrar sevinməsinə səbəb olur.
“Gecə ziyarəti zamanı zooparkda fərqli bir atmosfer hiss edə və heyvanların vərdişlərini daha yaxşı başa düşə bilərik”, – deyə ziyarətçilərdən biri bildirib.
Gecə şoularında beş mindən çox heyvan iştirak edir. Gecə saatlarında aktiv olmağı sevməyən heyvanlar proqrama daxil edilməyəcək.