Banker.az xəbər verir ki, Pantera Capital hedge fondunun təsisçisi və icraçı direktoru Den Morhed Bitcoin rəqəmsal valyutasının öz cari dəyərinin yarısını itirə biləcəyini hesab edir.
O bu haqda CNBC nəşrinə verdiyi müsahibəsi zamanı bildirib.
İnvestorun fikrincə, blockchain əsaslı böyük layihələrin eniş-yoxuşları hələ qabaqdadır. İnvestorun özü isə bitcoinin məzənnəsi cəmi 72 dollar olduqda yatırım etmişdi.
“Gələn həftə bitcoin rəqəmsal valyutası uzun aylar əvvəl olduğu dəyərə düşə bilər. Lakin bir ildən sonra hazır ki dəyərindən qat-qat baha ola bilər” – deyə Morhed bildirib.
Qeyd edək ki, bitcoinin məzənnəsi keçən həftə yeni rekorduna imza ataraq 20 min dolları geridə qoydu. Sonra isə enmə başladı: indi dünyanın ən populyar kriptovalyutasının məzənnəsi təqribən 17 min dollar həddindədir.