31 C
Baku
Saturday, July 20, 2024

İlk pilotsuz avtobuslar xəttə buraxıldı

Dünyanın ilk sürücüsüz avtobusları Böyük Britaniyada sərnişin daşımağa başlayıb. Məlumata görə, istifadəyə verilən 5 avtobus həftədə 10 minə qədər insanı daşıya bilir. Əslində avtobuslar pilotsuz adlandırılsa da, salonda iki nəfərdən ibarət ekipaj var. Birinci işçi nəqliyyat vasitəsinə nəzarət edir, ikinci isə müştərilərə xidmət göstərir və bilet satır.

Banker.az bu barədə İnc.ru-ya istinadən xəbər verir.

“Şotlandiyanın şərqində ilk sürücüsüz avtobusları istifadəyə verməkdən çox məmnunuq”, – istehsalçı “Stagecoach UK” şirkəti bildirib.

Avtobuslar sistemdə AB1 adlanan marşrut üzrə 75 km/saatdan çox olmayan sürətlə hərəkət edəcəklər. Bu, ölkədə hökumət tərəfindən subsidiya verilən ilk pilotsuz marşrutdur.

“CAVForth” – Böyük Britaniyada avtonom avtobus nəqliyyatını inkişaf etdirmək üçün Şotlandiyanın şərqində yaradılmış pilot layihədir. O, qismən hökumət tərəfindən maliyyələşdirilir.

Son xəbərlər
Digər xəbərlər