18 C
Baku
Sunday, September 8, 2024

İlk qatlanan iPhone 2026-cı ildə buraxılacaq – “The Information”

“Apple” qatlanan “iPhone” üzərində işləməyə davam edir. Yenilik “Samsung Galaxy Z Flip” kimi üfüqi şəkildə qatlanacaq və çox güman ki, 2026-cı ildə buraxılacaq, bu barədə “The Information” yazıb.

Şirkət smartfon üçün ehtiyat hissələrinin istehsalı üçün Asiya tədarükçülərinə müraciət edib. Qatlana bilən “iPhone” işçilər arasında arasında “V68” adını alıb.

Apple-ın qatlana bilən telefonlar və planşetlər üzərində işləməsi ilə bağlı şayiələr 2018-ci ildən yayılmağa başlayıb. 2024-cü ilin fevralında “The Information” şirkətin qatlana bilən “iPhone”ların ən azı iki prototipini hazırladığını yazmışdı.

Son xəbərlər
Digər xəbərlər