2018-ci ilin I rübündə Hesablama Palatasının saxlanma xərcləri 704 min 856 manat təşkil edib.
Bu barədə Hesablama Palatasının 2018-ci ilin I rübü üzrə xərclər smetasının icrası haqqında məlumatda qeyd olunub. Bu, Hesablama Palatasının bu il üçün təsdiqlənən xərclər smetasının 18,29%-i deməkdir.
Sənəddə vurğulanıb ki, I rübdə Hesablama Palatasının xərclərinin 58,1%- ştatda olan işçilərin əmək haqqının maliyyələşdirilməsinə yönəlib. Belə ki, bu ilin üç ayında Hesablama Palatasının ştatda olan işçilərinin əmək haqqı ümumilikdə 409 min 302 manat təşkil edib. Bundan başqa, hesabat dövründə Palatanın çtatdankənar işçilərinin əmək haqqına 8303 manat, əməyin ödənilməsi ilə bağlı sair pul ödənişləri 76 min 318 manat olub.
Xərclərin məbləğinə görə ikinci yerdə Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ayırmalar dayanır. Palata bu ilin I rübündə DSMF-yə 108 min 663 manat köçürüb.
I rübdə Hesablama Palatası ölkə daxili ezamiyyətlər üçün 7587 manat, xarici ezamiyyətlər üçün isə 13946 manat təşkil edib.