Azərbaycan 2024-cü ilin ilk üç ayında xaricə ticarət balansında ixracın idxalı üstələməsindən yararlanaraq 2 mlrd. 272.71 mln. dollarlıq qalığa nail olub. Lakin, aylıq müqayisədə mart 2020-ci ilin dekabrından bu tərəfə ilk dəfə ticarət balansında defisit yaranıb.
Banker.az bunu Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən, ixrac əməliyyatlarının həcmi 5 mlrd. 984.33 mln. dollar və idxal əməliyyatlarının həcmi 3 mlrd. 711.63 mln. dollar təşkil edib.
Yanvarda ticarət balansındakı qalıq müsbət 701.52 mln. dollar, fevralda 1 mlrd. 631.81 mln. dollar olduğu halda, martda bu rəqəm mənfi 60.62 mln. dollara düşüb. Bu da aylıq müayisədə 2020-ci ilin dekabrından bu tərəfə ilk dəfə ticarət balansındakı defisitdir.
Yanvar-fevral üzrə müsbət saldo 2 mlrd. 333.33 mln. dollar idi. 2023-cü ilin birinci rübü ticarət balansındakı qalıq isə 3 mlrd. 711.47 mln. dollar olmuşdu.