zərbaycanda ilk sənaye klasterləri Sumqayıtda və Balaxanı qəsəbəsində yaradılacaq.
Bunu İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev deyib.
Onun sözlərinə görə, klasterlər Sumqayıt kimya-sənaye parkında “SOCAR Polymer” neft-kimya kompleksinin ətrafında və Balaxanıda bərk məişət tullantılarının zərərsizləşdirilməsi poliqonunda formalaşdırılacaq.
İnstitutun direktoru onu da qeyd edib ki, bu klasterlərin yaradılması kiçik və orta biznesə “SOCAR Polymer” və Balaxanıda bərk məişət tullantılarının zərərsizləşdirilməsi poliqonu ətrafında birləşməyə və bu müəssisələrdə istehsal olunan xammal əsasında istehsalat xəttini yaratmağa imkan verəcək.