Televizorun tarixi iki mühəndisin yarışması ilə başlanıb. İsveç mənşəli amerikalı Ernst Aleksanderson şotlandiyalı Con Lodci Beyrdı təsvirlərin ötürülməsini təmin edən cihazı yaratmaqda geridə qoymağa çalışırdı. 1925-ci ildə Beyrd istədiyi nəticəni əldə edə bilmişdi: boş qutu, toxuculu iynələri, keks qutuları, velosiped fənəri və karton diskin köməyilə ekranda bir insan başının təsviri yarandı. 1928-ci ildə isə digər qitədə Aleksanderson canlı yayımla öz qəsəbəsinin sakinlərinə siqaret çəkən kişini nümayiş etdirdi. Artıq dörd aydan sonra bu “verilişlərə” həftədə 4 dəfə baxmaq mümkün idi.
1928-ci il 3 iyulda isə ABŞ-da ilk televizor satılmışdı. Bu televizorun qiyməti 75 dollar idi və iki adi işçinin orta əmək haqqısına bərabər idi. 1937-ci ildə televizor proqressinə ingilislər də qoşuldu və onlar elektron-şüa borulu televizor yaratdılar. Tezliklə bu cür cihazlar Amerikada da peyda oldu. 50-ci illərin sonlarında 10 amerikalıdan 9-u televizora baxmaq imkanına sahib idi.