13 C
Baku
Wednesday, November 26, 2025

İlk üç rübdə “PAŞA Sığorta”nın xalis mənfəəti 26 faiz azalıb

“PAŞA Sığorta” ASC-nin 2025-ci ilin ilk üç rübündə 33,2 mln manatdan 24,5 mln manata düşərək 26,2%-lik illik azalma göstərib.

Banker.az xəbər verir ki, ümumi gəlirlər 252,3 mln manat təşkil etməklə ötən ilin eyni dövrü ilə müqayisədə 2,1% azalaraq 257,6 mln manatdan geriləyib.

Bununla belə, əsas əməliyyat gəlirləri 249,1 mln manatdan 273,7 mln manata yüksəlib və 9,9%-lik artım göstərib. İnvestisiya gəlirləri də 9,2% artaraq 15,5 mln manatdan 16,9 mln manata yüksəlib.

Xərclər üzrə illik artım müşahidə olunub. Ümumi xərclər 216,9 mln manatdan 222,6 mln manata yüksələrək 2,7% artıb. Əsas əməliyyat xərcləri cüzi — 0,6% artımla 165,6 mln manata çatıb. İşlərin aparılması xərcləri isə daha sürətlə — 11,9% artaraq 57,0 mln manata yüksəlib.

Nəticə etibarilə şirkətin maliyyə mənfəəti əvvəlki 40,7 mln manata qarşı 29,7 mln manat olub, yəni 27,1% azalıb. Mənfəət vergisi 31,1% azalaraq 5,2 mln manat təşkil edib.

3442342343242

Son xəbərlər
Digər xəbərlər