Almaniyada dünyada ilk uçmağı bacaran avtomobil kimi tanınan “Volocopter” cihazı ilk dəfə olaraq sınaqdan keçirilib.
“New Scientist” nəşrində olan məlumata görə, aparat 1 metr hündürlüyə qalxıb və 25 km/saat sürəti ilə qısa bir məsafəni uça bilib.
Uçan avtomobilin tərtibatı ilə mənzil-qərargahı Almaniyanın Karlsrue şəhərində yerləşən “E-Volo” şirkəti məşğul olur. Avtomobilin idarəetmə sisteminə isə ABŞ-ın “İntel” korporasiyasına məxsus “Ascending Technologies” şirkəti cavabdehdir. “Volocopter”ə rahat coystik vasitəsilə nəzarət olunur.
İlk pilotsuz sınaq 2014-cü ildə keçirilib. Gələcəkdə mütəxəssislər bu aparatın daha böyük məsafəyə və hündürlüyə sınağını keçirməyi planlaşdırırlar. Gözlənilir ki, avtomobilin sürəti təxmini 100 km/saat təşkil edəcək.
“Volocopter”in tərtibatçılarının sözlərinə görə, bu ixtira olduqca təhlükəsiz və ekoloji təmizdir.
Lent.az