28 C
Baku
Saturday, July 27, 2024

İlk yarıda Naxçıvana xaricdən pul köçürmələrin 47%-i Türkiyədən daxil olub

2023-cü ilin ilk yarısında Naxçıvan Muxtar Respublikasında fəaliyyətdə olan banklaradakı köçürmə sistemləri ilə daxil olan vəsaitlərin həcmi 1 milyon 154.8 min ABŞ dolları olub.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsi üçün açıqladığı statistik bülletendə bildirilir.

Muxtar respublikaya pul köçürmələrin böyük hissəsi xaricdən daxil olub. Respublikanın digər bölgələrindən muxtar respublikaya 288.7 min dollar vəsait köçürülərkən, xaricdən 866.1 min dollar köçürülüb.

Xaricdən pul köçürmələrin 406.5 min dolları Türkiyənin və 399.7 min dolları Rusiyanın payına düşüb.

222 34534534534534343

Son xəbərlər
Digər xəbərlər