2024-ci ilin ilk yarısında neft-kondensat hasilatı 14.4 mln. ton olub.
Banker.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov öz X hesabında bildirir.
Halbuki, 2023-cü ilin müvafiq dövründə bu rəqəm 15.2 mln. ton idi. Bu da cari ildə ötən ilki ilin eyni dövründəki nəticədən 0.8 mln. ton və ya 5 faiz azdır.
Keçən ilin ilk yarısında hasil edilmiş neftin 12.7 mln. tonu xaricə ixrac edilmişdi.
Operativ məlumatlara əsasən, ixraca nəql edilən həcmlər isə 11.9 mln. ton olub.
Bununla belə, hesabat dövründə ötən ilin I yarımili ilə müqayisədə 4.3% artımla hasil edilmiş 25.1 mlrd.m³ təbii qazın 12.7 mlrd. m³-i ixrac olunub.
Yanvar – iyun aylarında Avropaya təxminən 6.4 mlrd.m³, Türkiyəyə 5 mlrd. m³, Gürcüstana isə 1,3 mlrd.m³ qaz ixrac olunub. Bu dövrdə TANAP-la Türkiyəyə 2,8 mlrd. m³ qaz nəql edilib. Bu ilin 6 ayı ərzində xaricə qaz satışı ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 6% çoxdur.