İlk yarımilliydə ixrac olunmuş şəkərin dəyəri açıqlandı – kəskin artım

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 36 min 936 ton şəkər ixrac edib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 95.8% çoxdur.

Banker.az Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsasən xəbər verir ki,  2021-ci ilin ilk yarımilliyində ölkədən ixrac edilmiş şəkər 19 milyon 88 min ABŞ dolları dəyərində olub. Belə ki, illik  müqayisədə bu, 2.5 dəfə çoxdur.

Bu dövrdə şəkərin ümumi ixracda xüsusi çəkisi 0.22%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 1.64%-ə bərabər olub.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.