“Hyperloop nəqliyyatı test rejimində artıq bu il istifadəyə verilə bilər”
Banker.az məlumat üçün bildirir ki, bu açıqlamanı Transportation Technologies şirkətinin rəhbəri Dirk Ahlborn verib və bu bəyanat gələcəyin vakuumlu qatarlar sahəsinin ən iddialı vədlərindən biridir. Artıq bu il Birləşmiş Ərəb Əmirliklərinin investorları vaxtı ikən Elon Musk tərəfindən təqdim edilmiş ideyanın Dirk Ahlborn-un şirkəti vasitəsilə necə reallaşdırılacağını görə biləcəklər.
Hyperloop nəqliyyat növünün bu ilin sonunadək test istifadəsinə verilməsi vədi çox iddialıdır.
Bu nəqliyyat növünün texniki göstəricilərini əks etdirən konsept hələki yoxdur.
Hyperloop Transportation Technologies şirkəti yalnız sözügedən nəqliyyat növündə hərəkət edəcək sərnişin kapsulunu sərgiləyib. Həmin vaxtda sərnişin kapsulunun ölçülərindən başqa heç bir texniki göstərici məlumatları verilməmişdi.Təqdimatdan sonra isə kapsul daha da təkmilləşdirilmək üçün zavoda göndərilmişdi. Məlumata əsasən məhz həmin kapsul bu il ilk sərnişinləri daşımalıdır.
©technote.az