6 C
Baku
Sunday, December 15, 2024

İlkin sifarişlərin qəbuluna hazırlaşır – Nümayiş tarixi rəsmən təsdiqləndi

“Samsung” şirkəti növbəti nəsil “Galaxy S10” smartfonlarının nümayiş tarixini rəsmən təsdiq edib.

Təqdimat fevralın 20-də “Unpacked” tədbirində – fevralın 25-28-də Barselonada keçiriləcək “MWC 2019” sərgisinin açılışına bir neçə gün qalmış baş tutacaq.

Banker.az “ICTnews” resursuna istinadən yazır ki, “Galaxy S10” smartfonu üçün ilkin sifarişlərin qəbuluna təqdimat günü, satışlara isə martın 8-də başlanacağı gözlənilir. Qeyri-rəsmi məlumatlara görə, seriyaya üç əsas model – 6,4 düym ekrana malik qabaqcıl “Galaxy S10+”, 6,1 düymlük əsas “Galaxy S10”, 5,8 düymlük sadələşdirilmiş “Galaxy S10 Lite” və ya “Galaxy S10 E” daxil olacaq. Bundan başqa, beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən ayrıca model versiyasının təqdim olunacağı ehtimal edilir.

Qabaqcıl smartfonlarla yanaşı, Cənubi Koreya istehsalçısı yeni “Galaxy Watch” “ağıllı” saatını və elastik smartfonun sonuncu variantını təqdim edə bilər.

Son xəbərlər
Digər xəbərlər