10 C
Baku
Sunday, May 19, 2024

İllər üzrə bank müştərilərinin dinamikası

Bir neçə il əvvəl bank müştərisi olan şəxslərlə çox az rastlaşsaq da, indiki zamanda hər bir ailənin ən azı 2-3 üzvü bank müştərisidir.  Son illərdə isə bu artım daha çox diqqət mərkəzindədir. İstər  əmanətlər  yerləşdirənlər, istər kredit əldə edənlər, istərdə də plastik kart istifadəçilərinin sayı sürətlə artıb.

Beləliklə, ilin əvvəlindən bank müştəriləri 37 474 yəni 1% artmasına baxmayaraq, son illər ərzində rəqəmlər daha çox artıb.  Bank müştəriləri 1 il ərzində 6%, son 5 il ərzində isə 2 dəfədən çox, daha dəqiq desək 152% artıb.

Capture4

Qeyd olunan 5 il ərzində bankda kredit hesabı olan şəxslərin sayı əmanət hesabı olanların sayından daha çoxdur.  Hazırda bank müştərilərindən 9 230 102 kredit hesabı, 585 374 isə depozit hesabıdır.

Kredit hesabları 2009 cü ildə 2 062 134 ədəd təşkil edirdi. Belə ki, bu illər ərzində kredit hesablarının sayı 7 167 968 ədəd yəni 7 dəfə artıb.  bu ilin 8 ayı ərzində isə cari hesablarda 676 177  yaxud 8% artım müşahidə olunub.

Capture

Bankın əmanət müştərilərinin sayı isə kredit müştərilərinin sayından nisbətən azdır. 2009 ildən indiyə qədər ölkədə bankın əmanət hesablarının sayı 4 dəfəyə yaxın artıb. ilin əvvəlindən isə bankda əmanət hesabları açanların sayı  13% artıb.

Bununla yanaşı bank kartlarının ümumi sayı və həcmində də artımlar gözə çarpacaq qədər olub.

Capture5

Son xəbərlər
 ⁠
Digər xəbərlər