10 C
Baku
Thursday, December 12, 2024

İllərlə davam edəcək müharibəyə hazır olmalıyıq – NATO

NATO Ukraynanı dəstəkləsə də, müharibənin tərəfi olmaq istəmir. Hərbi əməliyyatların digər ölkələrə keçməsindən yayınmaq lazımdır.

Bunu NATO-nun Baş katibi Yens Stoltenberq “Welt am Sontag” nəşrinə müsahibəsində deyib.

“Təəssüf ki, biz Ukraynada aylarla və hətta illərlə davam edə biləcək uzunmüddətli müharibəyə hazır olmalıyıq. Ukrayna uzun vədəli perspektivdə yalnız Sovet İttifaqından qalmış silahlarla müdafiə oluna bilməz və Kiyev tədricən müasir Qərb silahlarına keçməlidir. Hazırda onların ağır silahlara daha çox ehtiyacı var və Qərb ölkələri silah tədarükünü intensivləşdirməlidir”, – deyə Baş katib bildirib.

Onun sözlərinə görə, münaqişənin başqa ölkələrə yayılmasının qarşısını almaq üçün hər şey edilməlidir:

“Məhz buna görə NATO qoşunları Ukraynaya göndərilmir. NATO müharibənin tərəfi deyil”.

 

 

Son xəbərlər
Digər xəbərlər